Modern.az

Rüşvət alarkən tutulan dekan evə buraxıldı

Rüşvət alarkən tutulan dekan evə buraxıldı

Aktual

2 Fevral 2023, 16:28

Binəqədi Rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

 

Modern.az-ın məlumatına görə, məhkəmə istintaq orqanının vəsatətini təmin edib. F. Nəsibov barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Nəsibov Famil Nəsir oğlu Azərbaycan Dövlət Aqrar Universitetində rüşvət almaqda ittiham Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Famil Nəsibov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi üzrə təqsirli bilinir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı