ATƏT Daimi Şurasının iclasında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücumla bağlı məsələ qaldırılıb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Avstriya, Slovakiya və Sloveniya üzrə səfir Rövşən Sadıqbəyli məlumat verib.
Onun sözlərinə görə, ATƏT-in 52 nümayəndəsinin iştirak etdiyi iclasda hücumla bağlı araşdırma aparılmasına çağırış edilib.
“ATƏT Daimi Şurasının bugünkü iclasında bizim İrandakı səfirliyimizə hücum məsələsi qaldırılıb. Azərbaycana qoşularaq hücumu qınayan, qurbanların ailələrinə başsağlığı verən və sürətli araşdırma aparılmasına çağıran 52 ATƏT nümayəndəsinə təşəkkürlər”, - deyə səfir qeyd edib.