Ukrayna ilə Rusiya arasında hərbçilərin meyitlərinin növbəti dəfə mübadiləsi həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Azov Patronaj Xidməti məlumat yayıb.
Bildirilib ki, bu dəfə Ukraynaya 150-yə yaxın meyit təhvil verilib. Məlumata görə, meyitlərin olması ehtimal edilən yerlərin aşkarlanması üzrə işlər davam edir.
Qeyd edək ki, sonuncu dəfə dekabrın 27-də Ukrayna ilə Rusiya arasında hərbçilərin meyitlərinin qaytarılması prosesi həyata keçirilib. O zaman Ukraynaya 42 meyit təhvil verilib. Ümumilikdə, may ayından bəri 1000-ə yaxın döyüşçünün meyiti Ukraynaya qaytarılıb.