Modern.az

Dövlət Xidmətində müşavirə keçirildi

Dövlət Xidmətində müşavirə keçirildi

Aktual

11 Fevral 2023, 13:05

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinin (XRİTDX) 2022-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

 

Modern.az XRİTDX-nın yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqəsi və internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsi, istismarı, təhlükəsizliyi və inkişafı, o cümlədən digər sahələrdə görülən işlər, mövcud nöqsanlar və cari il ərzində qarşıda duran vəzifələr haqqında ətraflı danışılıb.

 

Müşavirədə xidmətin struktur bölmə rəhbərləri və digər rəsmi şəxslər fəaliyyət istiqamətlərinə uyğun olaraq ötən ilin nəticələri üzrə hesabat məruzəsi ilə çıxış ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı