Modern.az

Türkiyə səfirliyi Bakıya gətirilən uşaqlarla bağlı açıqlama yaydı

Türkiyə səfirliyi Bakıya gətirilən uşaqlarla bağlı açıqlama yaydı

Aktual

13 Fevral 2023, 18:58

Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ bölgəsindən müalicə üçün Azərbaycana gətirilən uşaqlarla bağlı açıqlama yayıb.

 

Səfirlikdən Modern.az-a bildirilib ki, həmin uşaqlar Azərbaycan vətəndaşlarının övladlarıdır.

 

"Ölkəmizdəki zəlzələ bölgələrindən 10 uşağın Azərbaycana gətirilməsi ilə bağlı bəzi mətbuat orqanlarında xəbərlər dərc olunub. Qeyd edilən xəbərlərdə tam olmayan məlumatlar var. Həmin uşaqlar zəlzələ zonalarından təxliyə edilmiş Azərbaycan vətəndaşı olan qardaşlarımızın övladlarıdır. Onlara keçmiş olsun deyir, şəfa diləyirik", - səfirliyin yaydığı məlumatda deyilir.

 

Qeyd edək ki, Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq fevralın 10-da müalicə üçün Azərbaycana gətirilib.

Zəlzələdə xəsarət alan 10 uşaq müalicə üçün Bakıya gətirildi
Bu xəbər ilə bağlı
Zəlzələdə xəsarət alan 10 uşaq müalicə üçün Bakıya gətirildi
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı