Modern.az

İsrail Türkiyəyə hərtərəfli yardım etdi - Çavuşoğlu

İsrail Türkiyəyə hərtərəfli yardım etdi - Çavuşoğlu

Aktual

14 Fevral 2023, 12:23

"Türkiyəyə zəlzələ zamanı ilk dəstək verən ölkələrdən biri İsrail idi, buna görə onlara təşəkkür edirik".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrail XİN rəhbəri Eli Kohenlə birgə mətbuat konfransında deyib.

 

"İsrail tərəfi sadəcə zənglə kifayətlənmədi, bizə hərtərəfli yardım etdilər. İsrail-Fələstin münaqişəsinə bundan sonra diqqət yetirmək lazımdır. Bu məqamda həll prinsipinə xələl gətirəcək addımlardan çəkinmək lazımdır. Hər iki ölkənin səfirləri əlaqələrin inkişafı üçün səy göstərirlər",- deyə türkiyəli nazir bildirib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı