Modern.az

İlham Əliyevin Almaniyaya səfəri GÖZLƏNİLİR

İlham Əliyevin Almaniyaya səfəri GÖZLƏNİLİR

Aktual

15 Fevral 2023, 16:35

Prezident İlham Əliyevin Almaniyaya səfəri gözlənilir. Dövlət başçısının Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedəcəyi bildirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının saytında məlumat yayılıb.

 

Prezidentlə yanaşı, xarici işlər naziri Ceyhun Bayramovun, energetika naziri Pərviz Şahbazovun da tədbirdə iştirak edəcəyi planlaşdırılır.

 

Qeyd edək ki, konfransda Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edəcək. 

 

Xatırladaq ki, 59-cu Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı