Modern.az

Ankara ilə İrəvan arasında sərhəd anlaşması - Xüsusi nümayəndə açıqladı

Ankara ilə İrəvan arasında sərhəd anlaşması - Xüsusi nümayəndə açıqladı

Aktual

15 Fevral 2023, 18:05

Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə təkan vermək barədə razılığa gəliblər.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib.

 

Onun sözlərinə görə, Ermənistan və Türkiyənin sərhədində yerləşən Marqara körpüsünün tezliklə istismara verilməsi planlaşdırılır.

 

“Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcəklər. Tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək”, - deyə Serdar Kılıç qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!