Modern.az

Lotereyalar tarixinin ən böyük uduşu - 2 milyard dollar

Lotereyalar tarixinin ən böyük uduşu - 2 milyard dollar

Aktual

16 Fevral 2023, 12:12

ABŞ-da “Powerball” lotereyasının 2 milyard dollarlıq ən böyük cek-potunun sahibinin adı bəlli olub.

 

Modern.az “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Kaliforniya sakini Edvin Kastro uğurlu lotereya biletini ötən il noyabrın 7-də Los-Anceles yaxınlığındakı Altadene şəhərciyindəki yanacaqdoldurma məntəqəsində alıb. Həmin lotereyada altı düzgün rəqəmin seçilməsi şansı 292,2 milyonda birə bərabər olub.

 

O, uduşunu 30 il ərzində hissə-hissə tam almaqdansa, birdəfəlik 997,6 milyon dollar almağa üstünlük verib.

 

Bundan öncə “Powerball” lotereyasının cek-potu yalnız bir dəfə milyard dolları ötmüşdü. O zaman həmin uduş Kaliforniya, Florida və Tennessi ştatlarından olan bir neçə qalib arasında bölünmüşdü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı