Modern.az

Köçərli Həsənovun vətəndaş qəbulunun vaxtı dəyişdi

Köçərli Həsənovun vətəndaş qəbulunun vaxtı dəyişdi

Aktual

16 Fevral 2023, 15:12

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənovun sabah Kürdəmir şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

 

Modern.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

 

Məlumata görə, qəbul fevralın 22-də saat 10:00-da Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçiriləcək.

 

Qəbulda Kürdəmir, Ucar və Zərdab rayonlarından sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.Vətəndaşlar qəbul üçün Kürdəmir, Ucar və Zərdab sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı