Modern.az

Prezidentin təltif etdiyi xanıma vəzifə verildi

Prezidentin təltif etdiyi xanıma vəzifə verildi

Aktual

16 Fevral 2023, 17:04

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nə icraçı direktorun müavini təyin edilib.

 

Modern.az xəbər verir ki, Mərkəzin Müşahidə Şurasının qərarı ilə bu vəzifəyə Aygün Bəşirova təyinat alıb.

 

Aygün Bəşirova 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini “Dövlət hüququ” ixtisaslaşması üzrə bitirib.  

 

Aygün Bəşirova əmək fəaliyyətinə 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində başlayıb, 2017-ci ildən həmin baş idarənin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda o, Ədliyyə Nazirliyi Apellyasiya Şurasının üzvü olub. 2019-cu ildən hal-hazıradək Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinin eksperti qismində fəaliyyət göstərib. 

 

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı