Modern.az

Bəziləri yeni reallıqlarla barışmaq istəmirlər 

Bəziləri yeni reallıqlarla barışmaq istəmirlər 

Aktual

18 Fevral 2023, 22:51

"İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişdi. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək".

 

Modern.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.

 

Cənubi Qafqazda təhlükəsizliklə bağlı sualı cavablandıran dövlətimizin başçısı deyib: “Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı