Modern.az

Ermənistan məscidlərimizlə yanaşı, kilsələrimizi də dağıdıb

Ermənistan məscidlərimizlə yanaşı, kilsələrimizi də dağıdıb

Aktual

20 Fevral 2023, 10:18

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda Ermənistanın baş naziri Paşinyan növbəti dəfə saxtakarlıq edərək Azərbaycan həqiqətlərini təhrif etməyə, Azərbaycanı günahlandırmağa çalışdı. Prezident İlham Əliyev isə Paşinyanın ittihamlarına tutarlı cavablar verdi.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O xatırladıb ki, Paşinyan çıxışında Azərbaycanı keçmiş “Qarabağ münaqişəsi”ni dini zəmində münaqişə kimi təqdim etməkdə günahlandırmağa çalışdı. Əslində isə Qərbdə Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməyə çalışan məhz Ermənistandır.

“Ermənistan xristian ölkəsi olduğundan uzun illərdir Qərbdə belə təbliğat aparır ki, guya, Cənubi Qafqaz bölgəsində müsəlman azərbaycanlıların təqibinə məruz qalıb  və bununla xristian dövlətlərinin və xristian dünyasının dəstəyini qazanmağa çalışır. Ermənistanın Azərbaycanı bu məsələdə günahlandırması növbəti riyakarlıqdır.

Prezident İlham Əliyev konfransda ermənilərin Qarabağda 67 məscidi barbarcasına dağıtması faktlarını səsləndirdi. Paşinyan isə bu məsələyə cavabında  hər zamankı  kimi riyakarlığa yol verərək məscid və kilsələrin sovet dövründə dağıdıldığını, Ermənistanda müsəlman azlıqlar üçün şərait yaradıldığını iddia etdi.

Əslində isə reallıq ondan ibarətdir ki, Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, ibadət yerlərimizdə həm də donuz və inək saxlayıb. Ermənilər təkcə məscidləri deyil, alban kilsələrini də vəhşicəsinə dağıdıblar. Beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün isə Şuşada və İrəvanda bir Azərbaycan məscidini təmir edərək dünyaya fars məscidi kimi təqdim etməyə çalışıb. Bakının mərkəzində isə bu gün erməni kilsəsi Azərbaycan dövləti tərəfindən içərisində 5000 ədəbiyyatla mühafizə olunur.  Paşinyan nə deməyindən asılı olmayaraq reallıq bundan ibarətdir”, - C.Məmmədov deyib.


Deputat bildirib ki, Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı