Milli Məclisin deputatları Anar Məmmədov, Arzu Nağıyev və AFFA-nın vitse-prezidenti, deputat, Rauf Əliyev “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində Goranboy rayonunda olublar.
Rayon İcra Hakimiyyətinin inzibati binasında deputatlarla görüşən İcra Başçısı Məhərrəm Quliyev, öncə qonaqları inzibati binada, Ümummilli Lider Heydər Əliyev və möhtərəm Prezident cənab İlham Əliyevin Goranboy rayonuna müxtəlif dövrlərdə etdiyi səfərlərə həsr olunmuş fotosərgilərlə tanış edib. Sonra qonaqlar rayon Olimpiya İdman Kompleksində idmanın müxtəlif növləri, o cümlədən futbolun inkişafı üçün yaradılmış mövcud əlverişli şəraitlə yaxından tanış olublar.
Rayonda fəaliyyət göstərən futbol klublarının üzvləri ilə görüşən qonaqlar, deputat Anar Məmmədovun təşəbbüsü və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə futbolçulara idman geyim-forma dəstləri və futbol topları təqdim ediblər.