Azərbaycandan Türkiyəyə zəlzələ ilə bağlı yardım göndərilməsi davam edir.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, azərbaycanlı şəhid Elgün Abbaslının anasının üzərində oğlunun fotosu ilə göndərdiyi bağlama Türkiyənin Malatya vilayətində zəlzələdən ziyan çəkmiş başqa bir şəhid anasına - Cevdet Şişmanın anası Ayşe Şişmana çatdırılıb.
"O məni anlayar, mən də onu. Fotonu gördüm, zəlzələni unutdum", - deyə yardımı alan şəhid anası təşəkkürünü çatdırıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Dünən isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.
???? Vətən müharibəsi şəhidi Elgün Abbaslının anasının üzərində oğlunun şəkli olan yardım bağlaması zəlzələdən sağ çıxan Malatyadan olan şəhid Cevdet Şişmanın anası Ayşe Şişmana çatdırılıb. pic.twitter.com/KuC2zExzTm
— MODERN.AZ (@modernaz_) February 21, 2023

