Ölkədə smart, köhnə üsulla işləyən sayğaclar var. Amma sayğacların düzgün hesablanması ilə bağlı böyük problemlər mövcuddur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib.
Deputat "Azərişıq"ın səlahiyyətlərinin azaldıldığını söyləyib.
"Sayğaclarla bağlı laboratoriyaların sayını artırmalıyıq. Sayğacların dəqiq işləyib-işləməsi ilə bağlı real faktlar ortaya qoya bilməliyik ki, problemlər aradan qalxsın. Bundan əvvəl sayğaclarla bağlı mərkəzi server olmalıdır, amma hələ də görə bilmirik. Bu barədə qanunda qeyd olunub, amma reallaşa bilmir. Yeni qanun layihəsi vətəndaşların xeyrinə olacaq, yoxsa əlavə xərc yaradacaq? "Azərişıq"ın səlahiyyətləri azaldılır, amma bu qurum bu günə qədər işini çox yaxşı qurub. Azərişıq"ın funksiyasını azaltmaqla biz bir neçə şirkətlə işləmiş olacağıq”,- deyə o vurğulayıb.