Böyük Britaniya Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın dövlət naziri Leo Dokerti Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşündə bildirib.
Nazir Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb: "Bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılması vacibdir. Bu istiqamətdə Birləşmiş Krallıq dəstək göstərməyə hazırdır".