Modern.az

Yoluxanların sayı açıqlandı - 3 nəfər ÖLDÜ

Yoluxanların sayı açıqlandı - 3 nəfər ÖLDÜ

Aktual

23 Fevral 2023, 00:16

Azərbaycanda koronavirusa 31 yeni yoluxma qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 828 426 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 167 nəfər müalicə olunaraq sağalıb, 10 108 nəfər vəfat edib, aktiv xəstə sayı 151 nəfərdir.

 

Son gün ərzində 1286, hazırkı dövrədək isə 7 517 428 test aparılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı