Modern.az

Qanunsuz ov edən ərəb cəzalandırıldı

Qanunsuz ov edən ərəb cəzalandırıldı

Aktual

23 Fevral 2023, 14:42

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Hsssd Alrasheedi olduğu müəyyən edilib.

 

Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə