Modern.az

67 maşın Laçın yolundan keçib

67 maşın Laçın yolundan keçib

Aktual

23 Fevral 2023, 21:43

Rusiya sülhməramlılarına aid avtomobillərin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, sülhməramlılar məxsus yanacaq daşıyan iki avtomobili Xankəndidən Laçın istiqamətinə gedib.

 

Ekoaksiyanın 74-cü günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu göstərir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç bir siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

 

Qeyd edək ki, bu gün indiyədək aksiya ərazisindən 67 avtomobilin sərbəst keçidi təmin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı