"Bakının Xətai rayonunda yerləşən Xocalı soyqırımına həsr olunmuş "Ana harayı" abidəsini ziyarət etmək rəsmi protokala daxil edilsin".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elman Məmmədov bildirib.
“Azərbaycanda səfərdə olan xarici ölkə nümayəndələrinin həmin abidəni ziyarət etməsi üçün tədbirlər görülməlidir. Gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Ancaq bir soyqırımı abidəmiz var və onun da ziyarət olunması məqəsədə uyğundur",- deyə deputat təkliflə çıxış edib.