2023-cü il hələ təzə başlayıb. Amma bu iki ayda keçirilən beynəlxalq tədbirlərdə cənab Prezident İlham Əliyev Ermənistanla bağlanacaq sülh müqaviləsi haqqında ciddi çıxışlar edib. Avropa İttifaqı ilə görüşlərdə Azərbaycanın təqdim etdiyi beş prinsip qəbul olunur. Amma görüşlər bitdikdən sonra ya Rusiya, ya da Avropa ciddi addımlar atmır. Ona görə də qarşıda duran problemləri özümüz həll etməliyik.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov səsləndirib.
Deputat bildirib ki, Laçın dəhlizində Azərbaycanın gömrük və sərhəd postu olmalıdır: "Bu sahədə Rusiya ilə danışıqlarımızı daha da gücləndirməliyik. Fikir verirsinizsə, Paşinyan son çıxışlarında Laçın dəhlizindəki məsələni daha çox gündəmə gətirir ki, oradan Qarabağa silah-sursat daşıya bilsin".