Modern.az

Bir dövlət qurumu digərinə inanmır – Deputatdan irad

Bir dövlət qurumu digərinə inanmır – Deputatdan irad

Aktual

24 Fevral 2023, 16:00

Əlilliyə görə pensiyaların verilməsi ilə bağlı xalq arasında böyük narahatlıq var.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

"Bir şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməli, “Forma-88” əsasında pensiya təyin olunmaldır. Amma əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tibbi-Sosial Ekspert Komissiyaları var. Əgər Səhiyyə Nazirliyi “Forma-88” verirsə, bunun əsasında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya təyin etməlidir. Belə çıxır ki, bir dövlət qurumu digərinə inanmır. Belə olmaz. Əgər Səhiyyə Nazirliyinin verdiyi arayış şübhəlidirsə, bu, müvafiq qaydada araşdırıla bilər, amma iki qurumun şəxsi yoxlaması nə deməkdir? Buna nə ehtiyac var?", - deyə deputat etirazını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı