Modern.az

Prokurorluq mülki orqan kimi fəaliyyət göstərməlidir - Deputat

Prokurorluq mülki orqan kimi fəaliyyət göstərməlidir - Deputat

Aktual

24 Fevral 2023, 16:50

Azərbaycanda çoxlu sayda dövlət orqanları hərbiləşdirilib.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

Onun sözlərinə görə, ölkədə prokurorluq, gömrük, vergi, miqrasiya xidməti və digər dövlət orqanları hərbiləşdirilib.

 

"Amma mən hesab edirəm ki, buna ehtiyac yoxdur. Çünki bir çoxu iqtisadi fəaliyyətlə məşğuldur. Prokurorluq mülki orqan kimi fəaliyyət göstərməlidir. Güc strukturu üzərində mütləq mülki nəzarət olmalıdır. Bizdə isə hərbi prokurorluğun bir leytenantı gedib polkovniki, generalı dindirə bilər. Ona görə də bu etik baxımdan doğru deyil”,- deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı