Modern.az

Azərbaycandan Yunanıstana BAŞSAĞLIĞI

Azərbaycandan Yunanıstana BAŞSAĞLIĞI

Aktual

1 Mart 2023, 15:52

Azərbaycan XİN qatar qəzası ilə bağlı Yunanıstana başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında bildirilib.

 

“Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatını itirməsi ilə nəticələnən dəhşətli dəmir yolu qəzasına görə dərindən kədərləndik. Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını diləyirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”, - paylaşımda deyilir.

 

Qeyd edək ki, Yunanıstanda iki qatarın toqquşması nəticəsində 32 nəfər həlak olub, 85 nəfər xəsarət alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı