Modern.az

Şahin Mustafayev vitse-prezidentlə görüşdü

Şahin Mustafayev vitse-prezidentlə görüşdü

Aktual

1 Mart 2023, 17:28

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev martın 1-də Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo ilə görüşüb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün əhəmiyyəti vurğulanıb.

 

Azərbaycan ilə Tanzaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı