Modern.az

Xərçəngə tutulma ehtimalını azaldan peyvəndlər

Xərçəngə tutulma ehtimalını azaldan peyvəndlər

Aktual

6 Aprel 2023, 08:21

İnsan papilloma virusu (HPV) və hepatit B-yə qarşı peyvəndlər xərçəngin inkişafını azaltmağa kömək edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri doktoru, professor Aleksandr Seryakov bildirib.

 

Onun sözlərinə görə, HPV-nin onkogen növləri uşaqlıq boynu xərçənginin inkişafına səbəb ola bilər. Kişilərdə və qadınlarda isə dil, qırtlaq, ağız boşluğu, cinsiyyət orqanları və kolorektal xərçəngə gətirib çıxarır. Buna görə də, yeniyetmələrin cinsi aktivliyə başlamazdan əvvəl HPV-yə qarşı peyvənd edilməsi tövsiyə olunur. Bu, onlarda həyatları boyu bu cür qorxulu onkoloji xəstəliklərin inkişafının qarşısını alar.

 

Həkim qeyd edib ki, hepatit B-yə qarşı peyvənd də xərçəngin qarşısının alınmasına kömək edir və uşaqlıqda peyvənd olunmayanlar yetkinlik dövründə vaksin vurdura bilərlər. Digər vaksinlər hələ klinik sınaqdan keçirilir.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir