Modern.az

Rəşad Dağlının məhkəməsinin vaxtı dəqiqləşdi

Rəşad Dağlının məhkəməsinin vaxtı dəqiqləşdi

Aktual

6 Aprel 2023, 11:00

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

 

Modern.az Trend-ə istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesinin hazırklıq iclası aprelin 17-nə təyin olunub. Prosesə hakim Leyla Əsgərova sədrlik edəcək.

 

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir