Modern.az

Bu gün hava necə olacaq? - Proqnoz

Bu gün hava necə olacaq? - Proqnoz

Aktual

7 Aprel 2023, 07:36

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi