Modern.az

"Azəriqaz" rəhbərliyi Lənkəranda vətəndaş qəbulu keçirəcək

Aktual

7 Aprel 2023, 09:32

“Azəriqaz” İB rəhbərliyinin Lənkəran şəhərində vətəndaş qəbulu keçiriləcək.

 

Modern.az xəbər verir ki, 10 aprel saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı  Lənkəran, Astara və Lerik sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

 

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə (tel:(051)792 79 95 ; 025 (25) 4-43-66) müraciət edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?