Modern.az

Qazaxıstanda separatizm təhlükəsi - Deputatlar hərəkətə keçdi

Qazaxıstanda separatizm təhlükəsi - Deputatlar hərəkətə keçdi

Aktual

7 Aprel 2023, 11:46

Qazaxıstan parlamentinin bir neçə deputatı ölkənin şimalında yerləşən Petropavlovsk şəhərinin adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Kursiv" nəşri məlumat yayıb.

 

Bildirilir ki, deputatlar Rusiya ilə sərhəddə yerləşən Şimali Qazaxıstan vilayətinin inzibati mərkəzi olan şəhərin rus dilində olan adının dəyişdirilməsini və Qızılcar adlandırılmasını təklif ediblər.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstan mediasında Petropavlovsk şəhərinin bir qrup sakininin müstəqil “şəhər xalq şurası”nın yaradıldığını elan edən videogörüntülər yayılıb. Videoda "şura üzvləri" özlərinin “müstəqilliyini, muxtariyyətini və suverenliyini” bəyan edirlər.

 

"Kaztag"ın məlumatına görə, Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) görüntülərlə bağlı Cinayət Məcəlləsinin “kütləvi informasiya vasitələrindən istifadə edərək bir qrup şəxsdə separatizm təbliğatı” maddəsi ilə ibtidai istintaqa başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?