Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanat yerinə yetirilməlidir.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada keçirilən mətbuat konfransı zamanı məlumat verib.
O qeyd edib ki, Cənubi Qafqazda əməkdaşlığa ehtiyac var.
Lavrov Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından da danışıb. Nazir Rusiyanın normallaşma tərəfdarı olduğunu bildirib: "Ümid edirəm ki, regionda olmayan ölkələr əməkdaşlığımıza müdaxilə etməyəcəklər".