Modern.az

Prezident: Dostluğumuz daha da güclənir

Prezident: Dostluğumuz daha da güclənir

Aktual

7 Aprel 2023, 15:14

Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl biz Gürcüstanda Sizin qonağınız idik və bu gün Siz Azərbaycandasınız.

 

Modern.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında söyləyib.

 

“Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir. Çünki, beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə də tanış oluruq və bu, bizim dostluğumuzu daha da gücləndirir", - dövlət başçısı deyib.

 

Prezident İlham Əliyev qeyd edib ki, Gürcüstan və Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir: "Biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Bütün müzakirə olunan məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq. Bu gün bir çox önəmli məsələlər müzakirə edilmişdir və əldə olunmuş razılaşmalar əsasında biz gələcək fəaliyyətimizi də quracağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?