ABŞ-nin dövlət katibi Entoni Blinken NATO ölkələrini hərbi xərcləri artırmağa və ümumi daxili məhsulun iki faizdən çoxunu müdafiəyə ayırmağa çağırıb.
Modern.az xəbər verir ki, Blinken bu barədə “Funke” media qrupuna müsahibəsində danışıb.
ABŞ rəsmisi 2022-ci ildən NATO-nun müasir çağırışları əks etdirən yeni strategiya konsepsiyasının qüvvəyə mindiyini xatırladıb.
“Biz müharibənin əvvəlindən Ukraynaya hərbi dəstək göstəririk. Bu, alyans ölkələrinin silah ehtiyatlarının azalmasına səbəb olub. Boşluqları doldurmaq lazımdır. Biz hərbi istehsalın və müdafiə xərclərinin dayanıqlı və daimi ritmini təmin etməliyik”, - deyə Blinken vurğulayıb.