Modern.az

Özünü buraxan partiyaların sayı 9-a ÇATDI

Özünü buraxan partiyaların sayı 9-a ÇATDI

Aktual

7 Aprel 2023, 17:10

Son iki ayda Azərbaycanda fəaliyyətinə son verən partiyaların sayı 9-a çatıb.

 

Modern.az xəbər verir ki, 1993-cü ildə təsis edilən, 1995-ci ildə dövlət qeydiyyatına alınan Azərbaycan Vahid Kommunist Partiyası fəaliyyətini dayandırıb.

 

İdeologiyasının əsasında marksizm-leninizm, kommunizm ideyaları dayanan partiya iki qola parçalanıb. Birinə Sayad Sayadov, digərinə Musa Tukanov sədrlik edib. Sayad Sayadovun rəhbərlik etdiyi partiya sonradan adını Azərbaycan Fəhlə Kommunist Partiyası olaraq dəyişdirib.

 

Sayad Sayadov 2011-ci ilin oktyabr ayının 30-da, Musa Tukanov isə 15 aprel 2019-cu ildə vəfat edib.

 

Bundan əvvəl Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi