Modern.az

Naxçıvanda anadan oldu, Laçında şəhadətə ucaldı - FOTO

Naxçıvanda anadan oldu, Laçında şəhadətə ucaldı - FOTO

Aktual

12 Aprel 2023, 09:16

Aprelin 11-də Ermənistan ordusunun təxribatının qarşısını alan zaman şəhid olan hərbçilərimizdən biri Tağıyev Səbuhi Gündüz oğludur.

 

Modern.az xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundandır.

 

Səhubi Tağıyev 1998-ci ildə Şahbazın Badamlı qəsəbəsində anadan olub. O, Azərbaycan ordusunda MAXE (müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu) kimi xidmət edirdi.

 

Şəhidin cənazəsi bu gün ikinci reyslə Naxçıvana aparılacaq.

 

Xatırladaq ki, ötən gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Şəhidlərimiz Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğludur.

 

1233436

1233435

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?