Aprelin 11-də Ermənistanın sərhəddə təxribat törətməsi və 3 hərbçimizin şəhid olması, Milli Məclisin iclasında dərmanlarla bağlı müzakirələr, Prezidentin deputatları təltif etməsi və digər mövzular gündəmdə olub.
Modern.az ötən günün icmalını təqdim edir:
Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən 3 hərbçimiz şəhid olub.
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 11 məsələ daxil edilib. İclas zamanı deputat Siyavuş Novruzov gömrükdən şikayətlənib. O, xaricdən dərman gətirən vətəndaşların gömrükdə problemlə üzləşdiyini bildirib. Deputat Tahir Kərimli isə Azərbaycanda kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsini təklif edib.
Deputat Bəhruz Məhərrəmov Milli Məclisin ötən gün keçirilən iclasında müxalifətlə bağlı tənqidi fikirlər səsləndirib. Sabir Rüstəmxanlı deputat həmkarlarının müxalifəti ümumiləşdirməsindən narazılığını ifadə edib: “Müxalifətlə bağlı çıxışlar olur. Amma bildirim ki, müxalifət deyiləndə sərhəd qoyulmalıdır. Mən də müxalifətəm, burada oturmuşam”. Milli Məclisin sədri Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, xalq hər şeyi görür: “Xalqın gözü tərəzidir. Xalq yaxşı bilir ki, kim yaxşı, kim pis müxalifətdir”. Daha sonra Qənirə Paşayeva bildirib ki, dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsi təmin edilməlidir.
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək. Komitənin iclasının gündəliyinə “Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında” hesabatı daxil edilib. Qeyd edək ki, parlamentə sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.
Bir neçə gün əvvəl yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb. Deputat bildirib ki, hazırda özünü yaxşı hiss edir və müalicəsinə evdə davam edəcək.
Qarabağdakı separatçı rejimin nümayəndələri Rusiya sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə görüşün keçirilməsi barədə təklif göndərib.
Prezident İlham Əliyevin sərəncamı ilə Cavanşir Paşazadə və Əli Həsənov “Şərəf” ordeni, Aqil Abbas və Novruzəli Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Prezidentin sərəncamı ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.
Qazaxıstan baş nazirinin müavini, ticarət naziri Serik Jumanqarin bildirib ki, Azərbaycan və Qazaxıstan neftin nəqli üzrə birgə operator yaratmaq istəyir. Jumanqarinin sözlərinə görə, hazırda tərəflər daşımalarda yaranan problemlərin aradan qaldırılması üçün yol xəritəsinin yaradılması üzərində işləyirlər.
Ermənistanın "Past" nəşrinin məlumatına görə, Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilə bilər. İddia olunur ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın növbəti görüşünün may ayının ikinci yarısında Vaşinqtonda keçirilməsi planlaşdırılır.
"The Washington Post" nəşri Pentaqonun sosial şəbəkəyə sızmış “məxfi sənədləri”nə istinadən yazır ki, Misir gizli şəkildə Rusiyaya raket tədarük etməyi planlaşdırır. Bildirilib ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi bu yaxınlarda Rusiyaya qaçaqmalçılıq yolu ilə 40 minə qədər raket tədarük etməyi əmr edib.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Azər Paşa Nemətovla bağlı söz davası: Sən necə öləcəksən?
Molla rejiminin qarşısında, Azərbaycanın yanındayıq – Güneydən vacib mesaj
“Guya biz xainləri yox, dindarları hədəfə almışıq…” - Deputat
Xaricdən telefon alanların nəzərinə: Fevralın 15-dən başlayır...
Kamçatkada vulkan püskürdü - 60 ilin ən güclüsü (FOTOLAR)
Təhsildə inqilabi yenilik: Süni intellekt elmi məqalə yazdı
Kriptovalyuta bazarında canlanma - Qiymətlər bahalaşır
Canavar kəndə hücum etdi - 4 nəfəri yaraladı (FOTO)
Hər 3 ailədən biri boşanır - Parlamentdə məsələ qaldırıldı
Türkiyə əhalisinin yarıdan çoxu Ərdoğanın qələbəsinə inanır - SORĞU
Akif Çovdarovun 13 milyonluq əmlakı yenidən müsadirə edilir - SİYAHI
Mühafizəçi Xalq artistindən iki-üç dəfə artıq maaş alır...
İkinci səfərbərlik başlayır? - Peskov sualları cavablandırdı
Sözün açığı, təltif olunacağımı gözləmirdim – Cavanşir Paşazadə
Prezident mənə ən böyük mükafatı verib - Aqil Abbas
Prezidentin Naxçıvanda vəzifə verdiyi məmur KİMDİR - FOTO
Türkiyə daha da güclənir - Qardaşlarımız dünyaya meydan oxuyur
“İlk xəbəri sabiq deputatdan aldım, sürpriz oldu” – Novruz Aslan
Biz sülh istəyirik - Klaardan Bakı və İrəvana mesaj
Sərhəddə atışma niyə başladı - Deputat detalları açıqladı
Bilik və bacarığı olmayan müəllimlər də var - Emin Əmrullayev
Prezidentli respublika üsul-idarəsində dəyişikliklərə gedilə bilər - Ərdoğan
Bugünkü təxribatın əsl səbəbi üzə çıxdı - Polkovnikdən şok açıqlama