Modern.az

Türkiyə vətəndaşlarının Azərbaycanda səs verəcəyi ÜNVAN

Türkiyə vətəndaşlarının Azərbaycanda səs verəcəyi ÜNVAN

Aktual

12 Aprel 2023, 10:28

Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı qardaş ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verəcəyi ünvanlar açıqlanıb.

 

Modern.az-ın xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib ki, diplomatik nümayəndəliyin binasında seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə mayın 5-7-də saat 09-dan 21-dək davam edəcək.

 

Qeyd edək ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?