Modern.az

MİQ imtahanlarının nəticələri müzakirə olundu - FOTOLAR

MİQ imtahanlarının nəticələri müzakirə olundu - FOTOLAR

Aktual

12 Aprel 2023, 10:48

Gəncə Dövlət Universitetində (GDU) Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsi tərəfindən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının nəticələrinin müzakirəsi təşkil olunub.

 

Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək son dövrlər ali təhsil ocağında tədris və elm sahəsində həyata keçirilən yeniliklər barədə geniş məlumat verib. Bildirib ki, GDU-nun əsas hədəfi müasir dövrün əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır.

 

Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev orta məktəblərdə universitetin buraxılış kurs tələbələrinin pedaqoji təcrübələrdə həvəslə iştirak etməsini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

İnsan Resursları şöbəsinin məsul əməkdaşları Tükəzban Quliyeva və Ülvi İsmayılov mövzu üzrə təqdimatla çıxış ediblər, fənlər üzrə statistik məlumatları iştirakçıların nəzərinə çatdırıblar. MİQ imtahanlarının analitik təhlilin nəticələrinə əsasən, GDU məzunlarının ön sıralarda yer aldığı bildirilib.

 

Görüş zamanı professor-müəllim heyətinin çoxsaylı sualları cavablandırılıb, pedaqoji kadr hazırlığı ilə bağlı qarşıda duran hədəflər müzakirə olunub və təkliflər dinlənilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?