Modern.az

Paşinyanın açıqlamaları yeni təxribatların olacağını göstərirdi

Paşinyanın açıqlamaları yeni təxribatların olacağını göstərirdi

Aktual

12 Aprel 2023, 15:50

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik bir daha Ermənistan tərəfinin əsl simasını sərgiləmiş oldu.

 

Modern.az xəbər verir ki, bu barədə siyasi ekspert Vüsalə Hüseynli bildirib.

 

Ekspert vurğulayıb ki, son vaxtlar rəsmi İrəvanın yürütdüyü siyasi kurs, Paşinyanın provokativ açıqlamaları , yeni təxribatların, insidentlərin olacağını göstərirdi: “İnsidentin olmasına Paşinyan hakimiyyəti maraqlıdır.  Çünki hər insident tərəflərin sülh danışığı prosesinin ləngiməsinə səbəb olur. Bu isə bir daha ona işarə edir ki, rəsmi İrəvan Azərbaycanın sülh çağırışlarına  o qədər də meyilli deyil. Belə olmasaydı, Azərbaycanın bu günə kimi etdiyi sülh çağırışları Paşinyan hakimiyyəti tərəfindən bloklanmazdı və ya Azərbaycana qarşı ittihamlar səsləndirilməzdi”.

 

Ekspertin fikrincə, Avropa İttifaqının missiyasının xidmətə başlamasından cəsarətlənən Ermənistan rəhbərliyi həqiqətə uyğun olmayan iddialı bəyanatlarla çıxış etməyə başlayıblar: “Onlar hesab edirlər ki, fransızlardan ibarət hərbiçilərin Ermənistanda olması Paşinyan hökumətinə öz iddialarını gerçəkləşdirməyə şərait yaradacaq.  Ancaq yanılırlar. Unutmasınlar ki, rəsmi Paris hələ öz problemlərini həll etsə, daha məqbul olar. Bugün 90-cı illərin Azərbaycanı yoxdur. Rəsmi İrəvan Azərbaycanın hüquqi-suveren ərazisinin bir qarışına belə girə bilməz”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?