Modern.az

Narkotikə görə 4 nəfər tutuldu 

Narkotikə görə 4 nəfər tutuldu 

Aktual

19 Avqust 2023, 09:06

Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi "AzSamand" markalı avtomobildə saxlanılıblar.

 

Şəxsi axtarış zamanı onlardan 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb.

 

Fakt bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı