Polşanın paytaxtı Varşavada Şopen adına hava limanı boşaldılıb.
Modern.az xəbər verir ki, bu barədə Polşa sərhəd mühafizəsinin mətbuat katibi Anna Mixalskaya bildirib.
O qeyd edib ki, Cənubi Afrika Respublikası vətəndaşının qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etdiyi qumbara səbəbindən boşaldılıb.
Məlumata görə, hava limanında sərhədçilər Dubaya uçmaq istəyən Cənubi Afrika vətəndaşını saxlayıblar. Hava limanının təhlükəsizlik işçisi yoxlama zamanı onun əl yükündən dörd patron aşkar edib.