Modern.az

Bu yolda təmir aparılır

Bu yolda təmir aparılır

Aktual

29 Avqust 2023, 09:24

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, sözügedən işlər bu gün saat 10:00-dan 16:00-dək aparılacaq.

 

Sürücülərdən qeyd olunan müddət ərzində həmin ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...