Modern.az

Partiya sədrindən bayram təbriki

Partiya sədrindən bayram təbriki

Aktual

14 Oktyabr 2013, 14:04


AMAC və “Vahid  Millət Dövlətçiliyə dəstək” İctimai Birliyinin sədri Hürrü Əliyev Qurban Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Əziz həmvətənlər, hörmətli soydaşlar!

 Sizin hər birinizi istər  Azərbaycan Respublikası vətəndaşları və istərsə də xarici ölkələrdə yaşayan soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Qurban bayramı müqəddəslik rəmzi olmaqla bərabər həm də xeyirxahlıq bayramıdır.Əksər müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına  qurbanlar kəsərək  Allaha yaxınlığını nümayiş etdirirlər.

Mübarək Qurban bayramı günündə hamınıza Allahdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.  Allah kəsdiyiniz  qurbanları və etdiyiniz duaları qəbul etsin.

Bayramınız mübarək olsun!”.

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı