Modern.az

İvanişvilinin erməni sevgisi-QƏZAYA UĞRAYACAQ SİYASİ GEDİŞ

İvanişvilinin erməni sevgisi-QƏZAYA UĞRAYACAQ SİYASİ GEDİŞ

Aktual

29 Oktyabr 2013, 09:21

2012-ci il mayın 7-də Gürcüstanın siyasi arenasında yeni partiya – “Gürcü arzusu” meydana çıxdı. Partiyanın yaradıcısı Bidzina İvanişvili uzun illər Fransada biznes fəaliyyəti ilə məğul olan iş adamıdır.

Bu o İvanişvildir ki, Saakaşvili hakimiyyətinin ilk illərində “Qızılgül inqilabı”nı alqışlayırdı. Lakin zaman keçdikcə İvanişvili tədricən düşüncələrində dəyişiklik etdi və son olaraq Saakaşvilinin bir nömrəli rəqibi oldu. Necə deyərlər, onu taxtdan saldı. İvanişvilinin Saakaşvili hakimiyyətinə yönəlik tənqidi fikirləri xüsusilə 2008-ci ilin avqustunda baş verən Gürcüstan-Rusiya müharibəsindən sonra daha da sərtləşdi. Dostdan düşmənə çevrilən İvanişvili öz maliyyəsi hesabına yaratdığı “Gürcü arzusu” ilə 2012-ci il oktyabrın 1-də keçirilən parlament seçkilərində qələbə qazandı. 5 ay əvvəl yaranan partiya 135 yerlik parlamentdə 85 mandat əldə etdi. Saakaşvilinin gizli, ya aşkar olaraq Rusiyanın agenti kimi qələmə verdiyi Bidzina İvanişvili Gürcüstanın baş nazirinə çevrildi. 4,5 milyard şəxsi sərvətinin böyük hissəsini Rusiyada qazanan yeni baş nazir ilk bəyanatlarından birində Azərbaycan ictimaiyyətini narahat edən sözlərlə yadda qaldı. “Bakı-Qars-Axalkalaki dəmiryolu xəttini tikilməsi yumşaq desək, bir çox suallar doğurur”-deyə gürcü baş nazirinin açıqlaması Azərbaycan cəmiyyətində müəyyən çaşqınlıq yaratdı. Layihənin həyata keçirilməsi üçün ölkəmizin Gürcüstana iki dəfə güzəştli şərtlər altında çoxmilyonlu kredit ayırmasından sonra belə bir dönüşü heç kəs gözləmirdi. Bundan sonra Azərbaycan hakimiyyətinin və ictimaiyyətinin sualları ilə qarşılaşan İvanişvili sözlərini yumşaldaraq “Heç kəs Bakı-Axalkalaki-Qars” dəmiryolu xəttini dayandırmaq niyyətində deyil”- açıqlaması ilə gərginliyi aradan götürməyə hesablanmış çıxış etdi. Bunula belə, hələ 2009-cu ildə istifadəyə verilməsi gözlənilən dəmiyol xətti 2015-ci ildən tez istifadəyə verilən deyil. Ləngliyin əsas səbəb iisə Gürcüstan ərazisindən keçən hissədə uzanan təmir işləridir. Erməniləri faktiki nəqliyyat blokadasına alacaq layihəyə qarşı çıxan Bidzina İvanişvili nədənsə Ermənistanı bu blokadadan çıxaracaq Abxaziya dəmiryolu xəttini aktuallaşdırıdı. Bu ilin yanvarında Ermənistanda səfərdə olarkən İvanişvili Yerevanda “Gürcüstan Abxaziya-Gürcüstan-Ermənistan dəmiryolu xəttini bərpa etmək üçün səylərini əsirgəməyəcəyini” deməklə Saakaşvilinin yürütdüyü siyasətin əksinə getdiyini göstərdi. Gürcüstanda Saakaşvilinni 10 illik siyasətinin heçə endirdiyi Rusiya faktorunu aktivləşdirməklə İvanişvili hansı istiqamətə doğru irəlilədiyini göstərdi. 2012-ci ilin dekabrında İvanişvili köhnə hakimiyyətin cvasusluq və separatçılqı ittihamları ilə həbs etdiyi agentləri, siyasətçiləri, o cümlədən Vaaqn Çaxalyan adlı Cavaxetiya ermənisini azadlığa buraxmaqla Saakaşvilinin dediyi “İvanişvili Gürcüstanı Şevardnadze dövrünə geri qaytarmaq istəyir” xəbərdarlığı aktuallaşdı. 2009-cu il aprelin 7-də “ictimai asayişi pozmaq” və “külli miqrada silah-sursat saxlama” maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Vaaqn Çaxalyan Rusiyanın bölgədəki ən radikal nümayəndəsi sayılır. Cavaxetiyada yaşayan ruspərəst ermənilər hələ 2006-cı ildə Axalkalakidəki rus hərbi bazasının çıxarılmasına etiraz edirdilər. Bu etirazların da başında Vaaqn Çaxalyan dayanırdı. Təsadüfi deyil ki, Çaxalyanin amnistiyası ilə bağlı öz iqamətgahında təcili brifinq keçirən Saakaşvili bu qərarı tənqid etdi. “Çaxalyan Rusiya xüsusi xidmət orqanlarının Gürcüstandakı birbaşa agentidir. O, Samsxe-Cavaxetiya bölgəsində, Axalkalakidə gürcü kilsəsini, gürcü universitetini, gürcü polisini darmadağın edib. Çaxalyan rus qoşunlarının Axalkalakidən çıxarılmasına qarşı olub”. Çıxışında Mixail Saakaşvili erməni separatçısının azad olunmasının arxasında dayanan ən əsas məqama toxundu. “Ola bilsin ki, Çaxalyanın əfv olunmasında məqsəd onun Cavaxetiyada işğişaş törətməsi və beləliklə, Gürcüstanı Avropa ilə birləşdirəcək Bakı-Axalkalaki-Qars dəmiryolu xəttinin tikintisinə mane olmaqdır”. Lakin Saakaşvilinin sözlərinə heç kəs diqqət yetirmədi. İki gün öncə keçirilən seçkilər Gürcüstanda “Saakaşvili erasının” sona çatdığını göstərdi. İvanişvilinin namizədi Georgi Marqelaşvilinin seçkilərdə qələbə qazanması ilə İvanişvilini Rusiya yönümlü siyasət həyata keçirməyə mane ola biləcək sonuncu əngəl aradan qalxdı. “Mən erməniləri çox sevirəm və heç zaman bunu gizlətməmişəm”-deyə mətbuatda etiraflar edən Bidzina İvanişvili Çaxalyanı azad etməklə bunu sübut etdi. Lakin burda Mixail Saakaşvilinin xəbərdarlığı yada düşür. “İvanişvili Çaxalyanı azad etməklə böyük səhvə yol verib. Gürcü xalqı və dövlətçiliyi yaxın aylarda və illərdə bunu hiss edəcək”. Bütün bu xronologiyanı təsadüfən diqqətə çatdırmadıq. Sirr deyil ki, dünya, xüsusilə də Amerika və Avropa dövlətləri Gürcüstana yönəlik siyasətlərində çox isti davranırlar. Bu o deməkdir ki, Qərb də, Amerika da xarici siyasətlərində Cənubi Qafqazda Gürcüstana mühüm yer verirlər. Bu, o anlama gəlmir ki, Gürcüstan hansısa sahədə Azərbaycandan qabaqdadır. Sadəcə, siyasi proseslərdə həm Qərb, həm də Amerika 100 illik ənənələrinə daim sadiqlik nümayiş etdirirlər. Ancaq son hadisələr onu göstərdi ki, ənənələrə sadiqlik hələ hər şey demək deyil. Hətta məmurlarının maaşını az qala Qərbdən, Amerikadan alan, Qərb dəyərlərinə bağlı olan, bütün bunların müqabilində Gürcütanla Rusiyanı konkret olaraq düşmən öıkəyə çevirən Saakaşvılı hakimiyyəti Rusiyaya uduzdu. Əslində isə Gürcüstanda Amerika və Qərb Rusiyaya uduzdu. Gürcüstanda prezident və digər seçkilər bu ölkənin daxili işidir. Ancaq bu məsələnin Azərbaycana da böyük təsiri var. Demək ki, həm də dəxli var. Birinci ondan başlayaq ki, Gürcüstanda gürcülərdən sonra çoxluq təşkil edən millət azərbaycanlılardır. Soydaşlarımızla bağlı Gürcüstan hakimiyyətinin tutduğu mövqe bizim üçün də maraqlıdır. Məsələnin digər tərəfi isə ondan ibarərdir ki, Azərbaycanın ərazilərinin 20 fazinin işğal etmiş Ermənistan da 3 Cənubi Qafqaz ölkəsindən biridir. Gürcüstanın bu ölkə ilə münasibətləri söylənilənlərdən yana Azərbaycan üçün maraq kəsb etməyə bilməz. İndiyə qədər İvanişvili hakimiyyətinin yürütdüyü siyasət isə daha çox ermənilərə qucaq açmaq kimi görünür. Təbii ki, indidən bu məsələlərlə bağlı ciddi proqnoz vermək düzgün olmazdı. Ancaq hadisələrin gedişi İvanişvili hakimiyyətinin Cənubi Qafqazda ciddi problemlər yaradacağını söyləməyə əsas verir. Məsələ o yerə çatıb ki, Cavaxetiyanı Gürcüstandan ayırmaq istəyənlər və Abxaziyanı Gürcüstandan ayırmış qüvvələr bu gün İvanişvili hakimiyyətinin sevimlilərinə çevriliblər. Öz ölkəsinin müstəqilliyinə qaşı olanlarla, o müstəqilliyi şübhə altına alanlarla bir arada olan hakimiyyətin gələcək gedişlərinin qəzaya uğrayacağı şəksizdir. Azərbaycan isə mümkün qədər bu məsələdə ayıq və ehtiyatlı olmalıdır.  

 

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı