Modern.az

Ermənistan Azərbaycanla sərhəddə partlayışlar planlaşdırıb

Ermənistan Azərbaycanla sərhəddə partlayışlar planlaşdırıb

Aktual

23 Aprel 2024, 09:34

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində ərazinin minalardan təmizlənməsi çərçivəsində planlaşdırılan partlayış əməliyyatları barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, məlumata görə, Əskipara çayının sol sahilində Ermənistanın Voskepar və Azərbaycanın Aşağı Əskipara kəndləri arasında, həmçinin Bağanıs-Ayrımdan 750 metr şimal-şərqdə partlayışlar planlaşdırılır.

 

Müdafiə Nazirliyi yaxınlıqdakı kəndlərin erməni sakinlərini sakit qalmağa və çaxnaşma yaratmağa çağırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV