Modern.az

Azərbaycan və Türkiyə səfirləri arasında GÖRÜŞ

Azərbaycan və Türkiyə səfirləri arasında GÖRÜŞ

Aktual

27 Aprel 2024, 20:25

Türkiyənin Vaşinqtona yeni təyin olunmuş səfiri Sedat Önal azərbaycanlı həmkarı Xəzər İbrahimlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə X.İbrahim "X" hesabında bildirib.

 

"Türkiyənin yeni təyin olunmuş səfiri Sedat Önal və xanımı Figen Önala iqamətgahımızda qardaşlarımızla (Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Vaşinqtondakı səfirləri) birlikdə xoş gəldin dedik. Tək millət, iki dövlət", - səfir qeyd edib.

 

Qeyd edək ki, Sedat Önal daha öncə Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...