Modern.az

Hakimi vurmağa cəhd edən futbolçu cəzalandırıldı

Hakimi vurmağa cəhd edən futbolçu cəzalandırıldı

Aktual

30 Aprel 2024, 15:36

AFFA İntizam Komitəsi Həvəskar Liqanın I turu çərçivəsində keçirilən “Ərkivan” (Masallı) – “Şirvan” oyununda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

 

Modern.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçın 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Taleh Fətəliyev hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlətdiyinə və baş hakimi vurmağa cəhd etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib.

 

Qarşılaşmanın son anlarında isə meydan sahiblərinin azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər.

 

“Ərkivan” klubu bu səbəbdən növbəti 3 ev görüşünü azarkeşsiz keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV