Modern.az

Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi

Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi

Aktual

2 May 2024, 18:12

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

 

Modern.az Penitensiar xidmətə istinadən xəbər verir ki, həbs olunmuş şəxs Əşrəf Vüqar oğlu Əşrəfliyə qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı dolmaların içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 2,070 qram marixuana aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV