Modern.az

Azərbaycanda media Britaniyadakı kimi azaddır - XİN-dən səfirin iddialarına cavab

Azərbaycanda media Britaniyadakı kimi azaddır - XİN-dən səfirin iddialarına cavab

Aktual

3 May 2024, 15:58

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X"də yazıb.

 

O bildirib ki, Ferqus Auldun iddialarında ədalətlilik və qərəzsizlik çatışmır:

 

"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur".

 

Xatırladaq ki, Ferqus Auld "X"dəki paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV